AZ

“Çörək sexində mənə dedi ki, kəndləri Azərbaycana niyə verirsən?” –Paşinyan

“Basdırılan sərhəd dirəyi Ermənistanın ərazi bütövlüyünün təməl daşıdır”.
Azpost.info bildirir ki, bu sözləri baş nazir Paşinyan gənclərlə bu gün keçirilən görüşündə bildirib.
Onun sözlərinə görə, dövlətin mövcudluğunun mühüm şərtlərindən biri ərazi bütövlüyüdür, çünki ərazisiz dövlət ola bilməz.
“Bu gün yolda bir çörək sexində olduq. Çox hörmətli sakinlərindən biri məndən kəndlərimizi niyə Azərbaycana verdiyimizi soruşdu. Mən bəzi siyasi səviyyəi bəyanatlarıda demişəm ki, Ermənistanda heç vaxt belə kəndlər olmayıb. Amma çox vacib bir şeyi demək istəyirəm. Bu qərarları niyə veririk? Biz onları Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün qəbul edirik”-deyə baş nazir bildirib.
Paşinyan deyib ki, ərazi bütövlüyü müəyyən bir ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinə aiddir: “Ərazi ola bilər, lakin bu ərazi beynəlxalq səviyyədə tanınmaya bilər”.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla