AZ

Gizli girdiyi evdə heçkimin xəbəri olmadan 1 İL YAŞADI - FOTO

Yaponiyada ağılasığmaz hadisə yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Fukuoka şəhərində yaşayan bir admanın evində anidən əşyaları və ərzaqları itməyə başlayıb.

Bundan sonra o evində təhlükəsizlik kameralarının sayını artırıb və qapı-pəncərəni mütəmadi olaraq bağlı saxlamağa çalışıb.

İşdən təhlükəsizlik kameralarını izləyən ev sahibi mənzilində yaşlı bir qadının gizli şəkildə yaşadığını görüb. Kamerada qadının soyuducudan yemək götürüb yediyi, daha sonra qonaq otağına keçib televizora baxdığı kadrlar əks olunub.

Ev sahibi bu görüntülərdən sonra polisə zəng edərək vəziyyəti bildirib. 58 yaşlı Tatsuko Horikawa adlı evsiz qadının bir ildir burada yaşadığı məlum olub.

O ev sahinin yatağından və hamam otağından da istifadə edib. Döşək saxlanılan şkafın üzərində yatıb.

Qadının bir il müddətində aşkara çıxmadan evdə yaşaması xeyli müzakirələrə səbəb olub. Onun evdən hər hansı bir əşya oğurlamadığı bildirilib. 

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla