AZ

Samir Cavadzadə "De ona" ilə qayıtdı - VİDEO

Müğənni Samir Cavadzadə uzun müddətdən sonra fanatlarına yeni klip təqdim edib.

BAKU.WS xəbər verir ki, sənətçi çoxdandır gözlənilən "De ona" adlı mahnısına ekran həyatı verərək səhnəyə dönüb.

Kompozisiyanın söz və musiqisi Orxan Mürvətliyə aiddir. Klipin rejissorluğunu Xəyal Murtuzov edib. Layihənin rəhbəri isə Səfər Zamandır. Klip sənətçinin şəxsi yutub kanalına yerləşdirilib.

Qeyd edək ki, Samir Cavadzadə tanınmış simaları biraraya yığaraq, həm doğum gününü qeyd edib, həm də sözü gedən klipin təqdimatını edib.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla