AZ

Ermənistan kirayə qalırdı, indi evimizə sahib oluruq - Paşinyandan şok 

Ermənistan bu günə kimi qapısı, pəncərəsi, damı, hasarı uçuq-salxaq, səliqəsiz şəraitdə yaşayan bir insanın evinə bənzəyirdi. Bizə kirayəçi kimi baxırdılar.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə xalqa ünvanladığı müraciətdə deyib.

Paşinyan deyib ki, indi onların gündəliyindəki əsas məsələlərdən biri də indi həll etdikləri Ermənistanın ərazi bütövlüyü, ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməkdir. Bunsuz dövlət mövcud ola bilməz. 

O deyib ki, bu olmadan  heç kim evində təhlükəsiz yaşaya bilməz: "Evin qapılarını, pəncərələrini, damını, hasarını səliqəyə salmadan heç kim öz evində təhlükəsiz yaşaya bilməz. 2018-ci il inqilabı zamanı biz bilirdik ki, evimizin, Ermənistanın qapılarını, pəncərələrini, damını və hasarını qaydaya salmaq lazımdır, əks halda inqilaba ehtiyac qalmazdı.

Bəzilərinin bizi hətta kirayəçi saydığını da bilirdik. 

Qərara gəldik ki, biz evimizin sahibi olaq və biz evimizə sahib olmaq yolunda gedirik".

Mürtəza
Ölkə.Az

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla