AZ

Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ

Bakı. Trend:

Fransanın ermənipərəst oyunu, regionda vəziyyətigərginləşdirməyə hesablanmış addımları ən böyük zərbəni Parisinözünə vurdu. Makron hakimiyyətinin nəyinki Azərbaycana təzyiqplanları işə yaradı, əksinə Fransa Cənubi Qafqaz regionundaolub-qalan yerini də itirdi. Ermənistan üzərindən regiona müdaxiləetmək barədə düşünən Paris, son geosiyasi reallıqları nəzərəalmadan bu addımları atdı. Nəticə isə göz qabağında...

Bakı ilə İrəvan arasında sülh dialoqunda "vasitəçi kimi mən dəvaram" deyən Fransa ikitirəliyi, islamofob və anti-Azərbaycanmövqeyi ilə Azərbaycanın ona olan etimadını tamamilə itirdi. Qərbsəhnəsində belə bir boşluq yarandığı zamanda təbii ki, Fransanıözünə rəqib görən dövlətlərin meydana daxil olacağı gözlənilən idi.Bu missiyanı da Almaniya üzərinə götürdü.

Bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransıçərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi iləErmənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüşçərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin,sülh gündəliyinin irəliləməsinə dair müsbət müzakirələr oldu. Bununardınca Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanınvə Azərbaycanın XİN rəhbərləri arasında da görüş keçirildi və bugörüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələrin aparıldığı diqqətçəkdi.

Ötən gün Prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlindəkeçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək SəviyyəliSeqmentində iştirakı Şoltsun Bakı ilə təmaslar üçün üçüncü təmasısayıla bilər. Göründüyü kimi, bu məsələdə itirən tərəf Fransa oldu.Çünki Şoltsdan öncə bu rolda Makron çıxış edirdi. Artıq AzərbaycanFransanın vasitəçiliyini qəbul etmir. Amma proseslər və gedişat dagöstərir ki, Almaniyanın vasitəçiliyi rəsmi Bakı tərəfindən qəbuledilir.

Onu da mütləq nəzərə almaq lazımdır ki, Almaniya ilə Fransaarasında müəyyən rəqabət də hökm sürür. Bu rəqabətlərdən birindəAlmaniya açıq şəkildə ön plana çıxdı. Dünən dövlət başçımızınBerlin səfəri və edilən təmaslar düşünməyə əsaslar yaradır ki, butəmaslar yaxın gələcəkdə də davam edəcək. Çünki Amaniya Azərbaycantərəfindən formalaşdırılan sülh gündəliyinin əsasını təşkil edənfundamental prinsipləri və Cənubi Qafqazda höküm sürən yenigeosiyasi reallığı qəbul edir. Məhz bunun əsasında Azərbaycantərəfindən hazırlanan sülh gündəliyini Berlin artıq ən doğru seçimkimi qəbul edir.

Azərbaycan üçün onun milli maraqları prioritet məsələlərdən olubvə olacaq. Onun üçün təhlükəziliyi, ərazilərinin toxunulmazlığı vəsabitliyi çox vacib mövzulardır. Məhz bu fikirdən yola çıxdığımızdada Almaniyanın Avropada Azərbaycan üçün ən vacib siyasi-iqtisaditərəfdaşlarından biri olduğu inkar edilmir. Bu səbəbdən dəAzərbaycan Respublikası Almaniya Federativ Respublikası iləəlaqələrin inkişafına mühüm önəm verir.

Təsadüfi deyil ki, 2023-cü ilin 9-10 fevral tarixlərindəBerlində keçirilmiş son iclasda Azərbaycanın ixrac və investisiyapotensialı, iqtisadi zonalar, sənaye parkları, bərpa olunan enerjilayihələrinin həyata keçirilməsi, Orta Dəhliz, Qarabağ və ŞərqiZəngəzurda alman şirkətlərinin iştirakı məsələləri qaldırılıb.

Bu gün Almaniya ilə Azərbaycanın münasibətlərinin artan xəttüzrə inkişafı Fransanı narahat etməyə bilməz. Azərbaycan Avropaİttifaqının üzvü olan Fransanın ambisiyalarını Almaniya kartı iləməharətlə yerlə bir edir. Berlin Bakı-İrəvan danışıqlarınınvasitəçisi olmaq roluna ən real namizədlərdən biridir. Bu isəregionda gərginliyi artırmaq, Cənubi Qafqazı qan çanağınadöndərmək, qonşuları yenidən üz-üzə qoyub, kin-küdurəti yenidən pikhəddə alovlandırmaq istəyən, sülh prosesini pozmağa cəhd edənEmmanuel Makron rejiminin qərəzli vasitəçilik səylərinin üzərindənbirdəfəlik xətt çəkilməsi ilə yekunlaşa bilər.

Bunun üçün qalır Berlin, "ikinci Paris" obrazını təkrarlamasın.Almaniyanın Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığıgeostrateji portfelə investisiya əlavə etməsi üçün bir xeyliimkanlar açılır. Almaniya Azərbaycan-Ermənistan münasibətlərininnormallaşmasına münasibətdə neytral statuslu müşahidəçipotensialını qoruyub-saxlamaq niyyətindədirsə, mütləq şəkildə ilköncə neytrallığını qorumağı bilməlidir. Son təmaslar bu istiqamətdəümidləri bir xeyli artırır.

Seçilən
56
3
Mənbələr
Şərh ()
Bağla