AZ

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır".

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:

"Elə şeylər var ki, efir üçün deyil. Evdə olan şeyləri efirə gətirib çıxarırlar. Özündən çox müştəbildilər. Allah bu səsi mənə verirsə, bunu fərqlənmək üçün verib. Allah elə edər ki, gördüyün işlər bir anlığa yox olar. Bəzi ifaçılar var ki, sən Allah, onları danışdırma. Gülünc olurlar". 



Seçilən
47
Mənbələr
Şərh ()
Bağla