"Real"ın baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Güler haqda açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis "Real Sosyedad"la oyunda qol vuran türkiyəli yarımmüdafiəçinin növbəti mövsümdə də komandada qalacağını deyib:
"Arda çox gəncdir. Yavaş-yavaş qəhrəman olacaq. O, bizimçün vacibdir və növbəti mövsümdə də burada olacaq". Arda ötən yay "Fənərbağça"dan "Real"a keçib.