AZ

Kreml sülh sazişinin imzalanması üçün Bakı-İrəvan təmaslarının tərəfdarıdır

Bakı. Trend:

Rusiya mübahisəli bütün məsələlərin tənzimlənməsi və sülhsazişinin imzalanması üçün Azərbaycan və Ermənistan arasındatəmasların davam etdirilməsinin tərəfdarıdır.

Trend xəbərverir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov jurnalistlərə deyib.

"Bakı və İrəvan arasında təmasların davam etdirilməsinintərəfdarıyıq və hesab edirik ki, bu, tezliklə sülh sazişi imzalamaqməqsədilə ümumi gərginliyin azalması və gündəmdə duran bütünmübahisəli məsələlərin yekun tənzimlənməsi üçün lazımdır", - Kremlnümayəndəsi deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrəAzərbaycan Respublikası Dövlət Komissiyasının və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə ErmənistanRespublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldəedilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası iləErmənistan Respublikası sərhədində iki ölkənin ekspert qruplarıərazidə geodeziya ölçmələri əsasında koordinatlarındəqiqləşdirilməsi prosesinə başlayıblar.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakısərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsindəaparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 26-dək 28sərhəd dirəyi quraşdırılıb.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla