AZ

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın balıq ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 612 min ABŞ dolları dəyərində balıq satıb ki, bu da bir il əvvəlki göstəricidən 52 % azdır. O cümlədən, Ermənistana 182 min ABŞ dolları və Ukraynaya 93 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,9 milyon ABŞ dolları dəyərində balıq ixrac edib ki, bunun da 1,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla