AZ

Azərbaycan və Qazaxıstan dəniz piyadalarının komando kursunun buraxılış mərasimini keçirib (VİDEO)

Bakı. Trend:

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsindəQazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularınında iştirak etdiyi “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılışmərasimi keçirilib.

Trend bu barədə MüdafiəNazirliyinə istinadən xəbər verir.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirininbirinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisigeneral-polkovnik Kərim Vəliyev, Qazaxıstan Respublikasının müdafiənazirinin birinci müavini – Qazaxıstan Respublikası SilahlıQüvvələrinin Baş Qərargah rəisi general-leytenant SultanKamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçulariştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinəucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət vəehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizinərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizinxatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Qazaxıstanrespublikalarının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Respublikası SilahlıQüvvələrinin Baş Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlıvə peşəkar hərbi kadrların yetişdirilməsində bu cür kursların vətəlimlərin əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgətəlimlərdə iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbətqiymətləndirilib. Bildirilib ki, cari ildə Qazaxıstanın Aktauşəhərində keçiriləcək “Birləşdik–2024” əməliyyat-taktikikomanda-qərargah təlimində Azərbaycan Ordusunun bütün qoşunnövlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya vasitələrivə hərbi gəmiləri iştirak edəcək.

HDQ-nin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı vətürkiyəli təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçularınxüsusi hazırlıq dərsləri təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə vəkeçirilməsinə görə peşəkar təlimatçılara təşəkkürünü bildirib,kursu müvəffəqiyyətlə bitirmiş məzunları təbrik edərək onlaragələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblemvurulub, məzunlara sertifikatlar təqdim edilib, habelə fərqlənənbir qrup hərbi qulluqçu və təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatdıqdan sonra dəniz piyadaları və xüsusitəyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş vənəqliyyat vasitələri nümayiş etdirilib.

Sonda dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri,həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarınınnümunəvi çıxışları izlənilib.

Məqalədə:
Seçilən
47
30
Mənbələr
Şərh ()
Bağla