AZ

Ekspert: Şirin qazlı içkiləri qəbul edib sağlam olan insanlar kateqoriyası yoxdur

Şirin qazlı içkilər bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, diyetoloq Yuliya Buryakova onların ölümcül təhlükəsi barədə xəbərdarlıq edib.

Nəşr ekspertdən sitat gətirir: "Tərkibində adi şəkər və ya dadlandırıcı olmasından asılı olmayaraq, şirin qazlı içkiləri qəbul edib sağlam olan insanlar kateqoriyası yoxdur".

O, izah edib ki, tərkibində adi şəkər olan çoxlu qazlı su içmək, asanlıqla həzm olunan şəkər istehlakı səbəbindən bağırsaqlarda böyük yük yaradır.

Ekspert sodanın böyrəklərin, qaraciyərin və bütövlükdə həzm sisteminin fəaliyyətinə mənfi təsirini qeyd edib.

“Qazlı içkilərin tərkibi, tərkibindəki konservantlar, dadlandırıcılar və aromatlara görə çox vaxt "dövri cədvəlin yarısına" bənzəyir... Şəkər kimi sadə karbohidratların müntəzəm istehlakı bədəndəki mikrobiotanın tərkibini dəyişdirir, həmçinin mədəaltı vəzin yükünü artırır. Diyetoloq bunun insulin müqavimətinə səbəb ola biləcəyi, diabet və çəki artımı riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
56
22
Mənbələr
Şərh ()
Bağla