AZ

İsa Qəmbərin Müsavat başqanı olmasını istəyənlərin sayı çoxdur - AÇIQLAMA

Mayın 4-də Müsavat Partiyasının qurultayı keçiriləcək və partiyanın yeni başqanı seçiləcək. 

 

Hələlik başqan postuna namizədlərin siyahısı açıqlanmayıb.

 

Modern.az məsələ ilə bağlı Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Gülağa Aslanlı hələki iki nəfərin namizədliyini irəli sürdüyünü bildirib:

 

"Hazırda Müsavat Partiyasının başqanlığına iki namizəd var. Natiq Mehdi və Osman Kazımov namizəddirlər. Lakin şəxslərin hələ May ayının 30-u axşam saat 18:00-a qədər namizədliyini irəli sürmək imkanı var.Namizədliyin irəli sürülməsi kampaniyası davam edir. Başqa namizədlərin olması mümkündür.İkinci gün saat 18:00-da dəqiq məlumat ala biləcəksiniz".

 

G.Aslanlı İsa Qəmbərin namizədliyi məsələsinə də toxunub. O qeyd edib ki, Müsavat Partiyasında İsa Qəmbərin başqanlığa namizəd olmasını istəyənlərin sayı çoxdur:

 

"Onun namizəd olmasını mən də istəyirəm. Lakin buna onun özü qərar verə bilər.İsa Qəmbər mayın 30-u 18:00-a qədər namizədlik üçün ərizəsini verə bilər".

Seçilən
41
28
Mənbələr
Şərh ()
Bağla