AZ

Nazim Hüseynov: “Hidayət Heydərov Olimpiya çempionu da olacaq”

“Hidayət Heydərov möhtəşəm qələbə qazandı”.

Bunu İdman.bizə cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov deyib.

O, Hidayət Heydərovun 4-cü dəfə Avropa çempionu olmasını möhtəşəm uğur adlandırıb: “Bu qələbəyə bütün Azərbaycanın idman ictimayyəti sevindi. O, bununla bir daha xarakterini ortaya qoydu. Hidayət yetəri qədər bacarıqlı, Avropada yetiri qədər tanınmış və güclü cüdoçudur. Əsas istəyim onun dünya çempionatında qızıl medal qazanmasıdır. Elnur Məmmədli onunla işləyir, yaxşı nəticədə ortaya qoyurlar. 2015-ci ildə mən və Tərlan müəllim ona məşqçilik edirdik. İnanıram ki, o, Olimpiya Oyunlarında da qızıl medal qazanacaq”.

Qeyd edək ki, Hidayət Heydərov (73 kq) Avropa çempionatında 4 qızıl medal qazanmaqla rekorda vurub.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla