AZ

"Neftçi"dəki iki dost buradan göndərilir? – SON DƏQİQƏ

Ötən ilin yayında «Qarabağ»dan söz-söhbətlə ayrılan Qara Qarayev gələn ayın sonunda «Neftçi»dən də gedə bilər.

Redaksiyamıza bu barədə şok məlumat daxil olub.

Yaxın dostu Emin Mahmudovun istəyi ilə yetirməsi olduğu və 18 il formasını geyindiyi klubla vidalaşan yarımmüdafiəçi «ağ-qaralar»ın idman direktoru Yens Andersoonun «qara siyahı»sında yer alıb.

Xəbərə görə, isveçli funksioner həm Eminin, həm də Qaranın komandaya istənilən səviyyədə effekt vermədiyi qənaətindədir.

Skandinaviyalı idarəçinin bu barədə rəhbərliyə raport hazırladığı da bildirilir.

Qeyd olunur ki, ötən ilin sentyabrından ölkəmizdə çalışmağa başlayan Andreson hər iki oyunçunun yaşının 30-dan çox olmasını, sürətdə çatdırmadığını orada qeyd edib.

Həmçinin vurğulayıb ki, ümumiyyətlə, kollektivdə yaşı 30-u ötən futbolçuların sayı kifayət qədərdir və onlarla yolları ayırmaq gərəkdir.

SPORTİNFO.AZ

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla