AZ

Toplum TV-nin daha bir əməkdaşı istintaqa dəvət edildi

Toplum TV işi üzrə daha bir nəfər istintaqa dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Toplum TV-nin əməkdaşı Cavid Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, C.Ramazanov barəsində həbs növündən olmayan digər qətimkan tədbiri var:

"O, cinayət işinə cəlb edilmiş şəxs olduğundan dindirilməsi üçün növbəti dəfə istintaqa dəvət edilib".

Seçilən
30
28
Mənbələr
Şərh ()
Bağla