AZ

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

İri

Bakı, 27 aprel, AZƏRTAC

Niderlandın Amsterdamdakı ən böyük “Sxipxol” hava limanı sərnişinlərin təhlükəsizlik nəzarəti müddətini 3 saniyəyədək azaldacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu cür yeniliklər müəssisənin tədarük etdiyi ən müasir avadanlıq sayəsində mümkün olub. “Sxipxol” sərnişinləri təhlükəli əşyalara görə yoxlayan tam 53 skaneri yeniləyib.

“Yeni skanerlərin alınmasında səyahətçilərin və təhlükəsizlik xidmətinin əməkdaşlarının təhlükəsizliyi və rahatlığı çox böyük əhəmiyyət kəsb edib”, -deyə hava limanında bildirilib.

Yeni avadanlıq cəmi 3 saniyəyə sərnişinin üzərində təhlükəli bir şeyin olub-olmamasını qiymətləndirir. O, həmçinin təhlükəsizlik əməkdaşının iştirakı ilə daha ətraflı yoxlamaya göndərilməsi zəruri olan səyahətçilərin sayını azaltmağa imkan verir.

Yeni skanerlərin köməyi ilə “Sxipxol” artan sərnişin axınının öhdəsindən gəlməyi ümid edir. Bu ilki may bayramları zamanı pik günlərdə Amsterdamdan gündə 80 mindən çox səyahətçi uçacaq.

Bundan öncə “Sxipxol” kompüter tomoqrafiyası texnologiyasından istifadə edən əl yükü üçün müasir skanerlər alıb. Bu cihazlar sərnişinlərə ayrıca yoxlama üçün elektronikanı çamadanlardan çıxarmamağa imkan verir. Bundan əlavə hava limanı təyyarələrdə mayelərin daşınmasına qoyulan sərt məhdudiyyətləri aradan qaldırıb.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla