AZ

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Bakı. Trend:

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvətolunub.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam vəEkvadordakı səfiri Rəşad Novruzov "X" platformasındakı paylaşımındadeyib.

Səfir Ekvador, Qayana və Surinamdan olan həmkarları ilə görüşünçox xoş olduğunu və Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin adından COP29 Sammitinə dəvət məktubunu Qayana, Surinam vəEkvador prezidentlərinə çatdırmaları üçün sözügedən ölkələrinsəfirlərinə təqdim etdiyini bildirib.

"İkitərəfli, regional və çoxtərəfli münasibətlərə dair səmərəlisöhbətimiz oldu. Bu Sammitin həqiqi uğur qazanması üçün qarşıdahamımızı çox iş gözləyir", - deyə səfir sonda qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilinnoyabr ayında Azərbaycanda keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
42
29
Mənbələr
Şərh ()
Bağla