AZ

Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq

Azərbaycanın gənc qızlardan ibarət taekvondo millisi Estoniyanın paytaxtı Tallində Prezident Kubokunda mübarizə aparacaqlar.
 
Moderator.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın baş məşqçiləri Məmməd Abdullayevlə Sun Mi Park yarışda Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borji (46 kq), Seyidxanım Məmmədova (49 kq), Sehri Cəlalova (55 kq) və Bahar İbrahimovaya (63 kq) şans verəcək.
 
Prezident Kubokunda ölkəmizi hakim qismində Gündüz Abdullayev təmsil edəcək.
 
İdmançılarımız aprelin 28-də görüşlərə start verəcəklər.
 
Komanda səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədovun rəhbərliyi altında yollanıblar.
 
Qeyd edək ki, Prezident kəKubokunda yeniyetmələrin mübarizəsində milli komandamız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
 
Seçilən
20
5
Mənbələr
Şərh ()
Bağla