AZ

Azərbaycanla Qırğızıstan arasında əlaqələrin inkişafı çox əhəmiyyətlidir - ŞƏRH

Bakı. Trend:

Azərbaycanla Qırğızıstan arasında əlaqələrin inkişafı bizim üçünçox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert TurabRzayev bildirib

Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq açıq şəkildə elanedib ki, artıq biz Avropa inteqrasiya kursunu çox dadəstəkləmirik.

"Bizim gələcək yolumuz türk dövlətlərinə inteqrasiyadan keçir.Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi münasibətlərqurulur. Qazaxıstan və Türkmənistanla enerji, nəqliyyat, logistikasahəsində əməkdaşlığımız var. Son 2 ildə ölkələrimiz arasındaticarət dövriyyəsi 2 dəfədən çox artıb", - o deyib.

Ekspert qeyd edib ki, Qırğızıstanla iqtisadi-siyasi cəhətdənəlaqələr hələ ki, zəifdir.

"Biz çalışırıq ki, gələcəkdə Qırğızıstanla siyasi və iqtisadiəlaqələri yüksəldək. Bundan başqa, ölkələrimiz arasında tarixi,milli, mədəni, dini məsələlərdə bağlılıq var. Prezident İlhamƏliyevin Qazaxıstan, Özbəkistan, Qırğızıstan səfərlərindəqarşılanma forması onu nümayiş etdirdi ki, ölkələr arasındamünasibətlər mənəvi bağa əsaslanır. Eyni şəkildə həm Qazaxıstan,həm Özbəkistan prezidentlərinin Azərbaycana səfərlərində Qarabağdaməktəb tikmələri, infrastruktura yardım etmələri xüsusiləəhəmiyyətlidir. Artıq Qırğızıstan da Azərbaycanın işğaldan azadolunmuş ərazilərində tikinti-quruculuq işlərində iştirak edəcək.Qırğızıstanın belə bir addım atması bizim üçün xüsusiləəhəmiyyətlidir. Eyni zamanda Azərbaycanda Çingiz Aytmatovun abidəsiqoyuldu. Bu da milli, mədəni, ədəbi münasibətlərə öz töhfəsiniverir", - deyə o vurğulayıb.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla