AZ

"Sabah" derbiyə 3 itki ilə çıxacaq

"Sabah" Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda"Səbail"i qəbul edir.

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi oyuna itkilərlə çıxacaq.

Yarımmüdafiəçi Vinsent Til və hücumçu Kristian Sebalyos zədəlidir. Müdafiəçi Sofian Çakla isə cəzalı durumdadır. Mərakeşli futbolçu 4 sarı vərəqə gördüyü üçün komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Sabah" - "Səbail" qarşılaşması bu gün saat 18:00-da, "Bank Respublika Arena"da baş tutacaq.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla