AZ

Britaniya hərbçiləri Qəzzaya humanitar yardımın çatdırlmasına cəlb oluna bilər

Britaniya hərbçiləri Qəzza zolağına humanitar yardımın çatdırlmasına cəlb oluna bilər.
Azpost.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Britaniya hərbi qulluqçuları Qəzzada müvəqqəti limanın fəaliyyətini təmin etmək üçün yerləşdirilə bilər.
Limanın qurulmasını martın 7-də ABŞ prezidenti Co Bayden elan edib. Pentaqon o zaman bildirmişdi ki, ABŞ əsgərləri çatdırılma zamanı Qəzza zolağındakı gəmilərdən düşməyəcək. BBC-nin məlumatına görə, bu vəzifə Britaniya hərbçilərinə həvalə edilə bilər. Belə ki, onlar humanitar yardımı yük maşınları ilə gəmilərdən sahildəki paylama mərkəzinə daşıya bilərlər.
Azpost.info

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla