AZ

"Barselona"nın Lamin Yamal qərarı

style='margin-bottom:10px;'>

"Barselona" qarşıdan gələn yay transfer pəncərəsində yarımmüdafiəçisi Lamin Yamalı satmayacaq.  

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

PSJ 16 yaşlı futbolçu üçün Kataloniya klubuna 200 milyon avro ödəməyə hazır idi. Lakin "Barselona" Paris təmsilçisinin bu təklfini qəbul etməyib. Artıq Yamalın meneceri Xorxe Mendeş PSJ rəhbərliyinə Yamalın Fransa klubuna keçməyəcəyini bildirib.

Mendeş ötən gün PSJ rəhbərliyi ilə görüşmək üçün Parisə gedib və danışıqların dayandırılmasını istəyib. 

Qeyd edək ki, Yamal bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 6 qol vurub və 8 qolun ötürməsini verib.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla