AZ

ABŞ kəşfiyyatının hesabatı: “Navalnını Putin öldürməyib...”

“Wall Street Journal”da dərc olunan xəbərə görə, ABŞ kəşfiyyatı Vladimir Putinin Aleksey Navalnının həbs düşərgəsində öldürülməsinə göstəriş vermədiyinə inanır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı fevral ayında Arktikadakı həbs düşərgəsində müxalif siyasətçi Aleksey Navalnının öldürülməsində Rusiya prezidenti Vladimir Putinin göstəriş vermədiyini iddia edib.

Qeyd edək ki, Navalnı Putini daim sərt tənqid edib. Onun Rusiya hakimiyyəti tərəfindən ekstremist adlandırılan tərəfdarları Putini onun qətlini təşkil etməkdə günahlandırıb və sübutlarının olduğunu iddia ediblər.

Kreml isə hökumətin müdaxiləsi ilə bağlı iddiaları ardıcıl olaraq təkzib edib. Ötən ay verdiyi açıqlamada Putin Navalnının ölümünü kədərli adlandırıb.

Navalnının köməkçisi Leonid Volkov isə ABŞ kəşfiyyatının açıqlamasını cəfəngiyyat adlandırıb.

Vasif
BakuPost
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla