AZ

ABŞ silah ixracı ilə bağlı şərtləri sərtləşdirib

Vaşinqton ABŞ odlu silahlarının qeyri-qanuni satış riskinin yüksək olduğu iddia edilən 36 ölkəyə tədarükü üçün şərtləri sərtləşdirib.
Azpost.info xəbər verir ki, ABŞ Ticarət Nazirliyi məlumat yayıb.
Aprel ayında Dövlət Departamenti insan hüquqları və silah alveri sahəsində pozuntuların ən çox qeydə alındığı ölkələtin siyahısını tərtib edib. Siyahıda Vyetnam, Yamayka, İndoneziya, CAR və MAR da var.
Yeni qaydalara əsasən, ABŞ ticarət agentliyi bu ölkələrə kommersiya ixracı üçün müraciətləri təsdiq prezumpsiyasına yox, imtina prezumpsiyasına əsaslanaraq nəzərdən keçirəcək. Bundan başqa, onlar üçün ixrac lisenziyasının müddəti dörd ildən bir ilə endiriləcək.
Azpost.info

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla