AZ

Pley-off mərhələsində ən çox qol vuran futbolçular- SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran futbolçuların reytinqini yeniləyib.
Siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. Ulduz oyunçu buna 2003-2022-ci illərdə formasını geyindiyi İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında keçirdiyi ümumilikdə 82 matçda 62 dəfə fərqlənməklə nail olub.
Argentina yığmasının və ABŞ-ın “İnter Mayami” komandasının forvardı Lionel Messi (49) isə ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü Fransa millisi və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema (34) qapayıb(azərtac).
UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran futbolçular:
1. Kriştianu Ronaldu (Portuqaliya) – 82 oyun, 62 qol
2. Lionel Messi (Argentina) – 77 oyun, 49 qol
3. Kərim Benzema (Fransa) – 67 oyun, 34 qol
4. Robert Levandovski (Polşa) – 42 oyun, 32 qol
5. Tomas Müller (Almaniya) – 67 oyun, 27 qol
6. Kilian Mbappe (Fransa) – 28 oyun, 20 qol
7. Andrey Şevçenko (Ukrayna) – 32 oyun, 18 qol
8. Raul Qonzales (İspaniya) – 46 oyun, 18 qol
9. Filippo İnzaqi (İtaliya) – 30 oyun, 16 qol
10. Aryen Robben (Niderland) – 47 oyun, 16 qol

Seçilən
48
3
Mənbələr
Şərh ()
Bağla