AZ

Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər

Belçika Ukraynaya 2-4 ədəd F-16 qırıcısı tədarük edə bilər.
 
Bu barədə “7sur7” internet poratlı məlumat yayıb.
 
“Lakin Baş nazir və müdafiə naziri yaxın gələcəkdə Ukraynaya tədarük edilə biləcək Belçika qırıcılarının sayını dəqiqləşdirməyiblər”, - məlumatda qeyd edilib.
 
Ötən gün Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirmişdi ki, ölkəsi 2024-cü ilin sonuna qədər döyüş təyyarələrini Kiyevə tədarük etmək niyyətindədir. Onun sözlərinə görə, tədarük tarixləri ehtiyat hissələrinin, eləcə də ABŞ-dən sifariş edilən yeni təyyarələrin ölkəyə çatdırılmasından asılı olacaq. /Report/
 
Seçilən
27
6
Mənbələr
Şərh ()
Bağla