AZ

Səbaildə qızıl mağazasından oğurluq olunub

Bakı. Trend:

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindənoğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, zərərçəkənişlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manatdəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsininəməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən EminQuliyev saxlanılıb.

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakınınolub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bubarədə polisə müraciət edə bilərlər.

Seçilən
32
15
Mənbələr
Şərh ()
Bağla