AZ

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri ATU-nun qonağı olub  

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Universitetin rektoru, professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin planlaşdırılması müzakirə olunub.

 

Görüşdə Türkiyə universitetinin prorektorları, professorlar Nuri Kahveci və Orhan Doğan, elmi katib Ali Riza Bekler, müəllim Hemran Amirli, eləcə də ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla