AZ

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

AzPMA-nın

Bakı, 27 aprel, AZƏRTAC

Bu il Nazirlər Kabinetinin qərarından sonra Azərbaycan universitetlərində layihə menecmenti ixtisası üzrə magistratura pilləsinə yerlər ayrılıb. İlkin mərhələdə 100 yer nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə İPMA-nın (International Project Management Association) Azərbaycanda rəsmi nümayəndəsi, Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) təsisçisi və prezidenti İqbal Babayev Bakıda keçirilən “Azərbaycan layihə menecerləri” forumunda çıxışında deyib.

Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının tarixi barədə məlumat verən İqbal Babayev bildirib.

“Əvvəllər arzumuz idi ki, hər bir şirkətdə heç olmasa bir layihə meneceri olsun. Hazırda ölkəmizdə hər bir təşkilatda layihə meneceri departamenti var. Bu, çox sevindirici haldır. Həmçinin universitetlərdə bu istiqamətdə təhsil kafedrası və layihə menecmenti ixtisası təsis olunub. Azərbaycan Texniki Universiteti və Elmlər Akademiyası ilə bu istiqamətdə əməkdaşlığımız davam edir. Gələcəkdə digər universitetlərdə də bu ixtisasın təsis olunması üçün danışıqlar aparırıq”, - deyə İ.Babayev əlavə edib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla