AZ

Arda "Real"da qalır, ya gedir? - Ançelotti açıqladı

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arde Güler haqqında növbəti dəfə danışıb.

QOL.az xəbər verir ki, ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçən 19 yaşlı yarımmüdafiəçi aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilmişdi. Komandada az oyun şansı alan futbolçunun icarəyə göndərilməsi ehtimalı da var idi. 

Ötən gün isə Güler "Real Sosyedad"la matçda meydana start heyətdə çıxıb və qol vurmağı bacarıb. Bu görüşdən sonra Ançelotti mətbuata açıqlamasında Türkiyə millisinin üzvünün komandada qalacağını bildirib:

"Arda Güler çox gənc bir futbolçudur. Yavaş-yavaş qəhrəman olacaq. O, bizim üçün çox vacib bir futbolçudur. Arda növbəti mövsümdə də bizimlə olacaq".

Qeyd edək ki, Arda ötən gün ilk dəfə La Liqada start heyətdə meydana çıxıb. 

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla