AZ

Klopp: "Liverpul"un çempion olacağına inanmıram"

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının cari mövsümdə Premyer Liqadnın çempionu olmaq şanslarını dəyərləndirib.

QOL.az xəbər verir ki, mütəxəssis çempion olacaqlarına inanmadığını söyləyib:

“Hazırda çempion olacağımıza inanırammı? Yox. Çünki indiki vəziyyət buna imkan vermir. Amma düşünürəm ki, bu klub üçün problem deyil. Gəlin görək nə baş verir. “Arsenal” və “Mançester Siti”nin iki oyunda məğlub olması çətin görünür, amma mümkündür. "Liverpul"un 4 matçda qalib gəlməsi mümkündürmü? Bəli, biz bunu əvvəllər etmişik".

Xatırladaq ki, Premyer Liqanın 34 turundan sonra "Liverpul" 74 xalla 3-cüdür. Komanda lider "Arsenal"dan 3 xal geri qalır.  “Mançester Siti” isə 76 xalla 6-cı yerdədir.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla