Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.