AZ

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapıldı

Bakı. Trend:

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin“Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batanyeniyetmənin cəsədi tapılıb.

Trend xəbər verir ki, bubarədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci iltəvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi Fövqəladə HallarNazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıclarıtərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvilverilib.

Seçilən
2
50
Mənbələr
Şərh ()
Bağla