AZ

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışdı

Bakı. Trend:

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsikeçirilib.

Trend xəbər verir ki, bubarədə Elm və Təhsil Nazilriyi məlumat yayıb.

Bildirilib ki, olimpiadanın ilkin mərhələsində 10 minə yaxınşagird iştirak edib.

Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəriMikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkilolunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutununrəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri vəmedia nümayəndələri iştirak ediblər.

Olimpiadanın Bakı mərhələsində 975 şagird iştirak edib.

İkin mərhələnin nəticələri əsasında olimpiadanın regionalmərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan MuxtarRespublikasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan MuxtarRespublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, QərbiAzərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığıilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında QərbiAzərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmliictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloruhaqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindənöyrənilməsini təmin etməkdir.

Seçilən
9
21
Mənbələr
Şərh ()
Bağla