AZ

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

“Azərkosmos”:

Bakı, 27 aprel, AZƏRTAC

Ankara şəhərində Türkiyənin Kosmik Agentliyinin təşkil etdiyi Kosmik Texnologiyalar Konfransına növbəti il Bakı ev sahibliyi edəcək.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir.

Qeyd edək ki, ikigünlük proqramı əhatə edən Kosmik Texnologiyalar Konfransı əsasən Mərkəzi Asiya regionunun kosmik agentlikləri, bu sahədə kommersiya fəaliyyəti göstərən şirkətlər, bir sözlə inkişaf etməkdə olan regional kosmik ölkələr üçün əməkdaşlıq platformasıdır.

Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının növbəti görüşü gələn il Bakıda keçiriləcək.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla