AZ

İşgəncə ilə öldürülən tələbənin anasından dəhşətli ETİRAF: "Onu burnundan tanıya bildim" - FOTOLAR

İşgəncə ilə öldürülən tələbənin anasından dəhşətli ETİRAF: "Onu burnundan tanıya bildim" - FOTOLAR

Misirin paytaxtı Qahirədə 28 yaşlı Kembric Universitetinin tələbəsi Giulio Reqeni ingilis casusu ilə səhv salınaraq metro stansiyasından qaçırılaraq işgəncə ilə öldürülüb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, itkin düşən tələbə qolları, ayaqları və qabırğaları sınmış, meyiti yanmış və kəsilmiş halda arxdan tapılıb.

Hadisə ilə bağlı Romada keçirilən məhkəmə prosesində işgəncə ilə bağlı təfərrüatlar yer alıb. Misirdə müstəqil həmkarlar ittifaqları tərəfindən aparılan araşdırmaya görə, Regeninin ülgüc, yandırılmış siqaret və çubuqlarla işgəncələrə məruz qaldığı bildirilib. İtaliya prokuroru qeyd edib ki, Misir hakimiyyəti Reqenini "Müsəlman Qardaşlar"a yaxın birlikləri maliyyələşdirməkdə ittiham edib.

Digər tərəfdən, anasının oğlunun bədənini yalnız burnunun ucundan tanıya bildiyi öyrənilib. Məsələ ilə bağlı məhkəmə və istintaq tədbirləri davam etdirlir.
İşgəncəİşgəncə

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla