AZ

"Forbes"in müxbiri Rusiyada SAXLANILDI

Amerikanın “Forbes” biznes jurnalının rusiyalı müxbiri Sergey Minqazov Rusiya ordusu ilə bağlı “saxta” xəbərlər yaydığına görə saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Minqazovun vəkili Konstantin Bubon açıqlama verib.

Vəkil qeyd edib ki, Minqazovun saxlanma qərarı, müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı xəbərlərin yenidən paylaşması səbəbilə verilib.

Qeyd edək ki, Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslərin uzunmüddətli həbs cəzaları almaları gözlənilir.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla