AZ

Qismət Alıyev: “Qarabağ”la matçda “Zirə” ailəsini sevindirmək istəyirik” - MÜSAHİBƏ

“Zirə”nin kapitani Qismət Alıyevin İdman.bizə müsahibəsi

- Azərbaycan kubokunda mübarizəni finalda davam etdirəcəksiz. Yarımfinalda “Qəbələ”yə hər iki oyunda qalib gəlmək çətin olmadı?

- ⁠Kubok oyunları çempionatdakı mübarizədən fərqlidir. Çünki burda hər bir komandanın şansları yüksək olur. Bu il bizdə fərqli oldu. İlk oyundan Premyer Liqa komandası ilə düşdük və hər bir görüş bizim üçün ağır oldu. “Qəbələ”ni birinci qarşılaşmada 2:1 hesabı ilə məğlub etsək də, asan alınmadı. Sona qədər mübarizə aparan bir kollektivə qarşı oynayırdıq. İkinci oyunda da layiqli qələbə qazanıb, finala çıxa bildik.

- ⁠Amma “Qəbələ” ilə ilk görüşdən sonra rəqibin futbolçuları və baş məşqçisi iddialı danışırdılar. Bu sizdə əlavə təzyiq yaratmırdı?

- ⁠Fikrimcə, məşqçilər doğru danışıblar. İlk oyun 2:1 olduğu üçün şanslar 50-nin 50-yə idi. Premyer Liqada heç bir komandanın istəmədiyi yerdədilər. “Kəpəz”lə aralarında xal fərqi də çoxdu. Son şansları kubok oyununa qalmışdı, final oynamaq istəyirdilər, amma imkan vermədik.

- ⁠Ardıcıl olaraq ikinci dəfə Azərbaycan kubokunun finalında oynayacaqsız. “Qarabağ”dan revanş almaq mümkün olacaq?

- “Qarabağ”ın gücünü hamımız yaxşı bilirik. Bizi finalda çətin oyun gözləyir. Bir dəfə qaşılaşmışıq, penalti zərbələrində məğlub olmuşuq. Bu il yenə qarşılaşacağıq. Matça var gücümüzlə çıxıb, yaxşı nəticə qazanmağı düşünürük və “Zirə” ailəsini sevindirmək istəyirik.

- ⁠Bəs Premyer Liqada “Qarabağ”dan sonra ikinci yer tutmaq mümkün olacaq?

- ⁠Hazırda ikinci yer olsaq belə bizi izləyən “Sumqayıt”la “Neftçi”dən 2 xal öndəyik. Bu pilləyə 3-4 komanda iddia edir. Biz də maksimum çalışırıq ki, Premyer Liqanı yüksək yerdə bitirək.

- ⁠Mövsümün başa çatmasına cəmi 5 tur qalıb. Hansı oyunun daha çətin keçəcəyini düşünürsünüz?

- ⁠Bu 5 matçın hər biri bizə finala bərabərdir. Çempionatda hazırkı durumda heç bir komandanı ayıra bilmirsən. Hər oyuna böyük istəklə çıxmalısan. Hər rəqib bir-birindən xal ala bilir. Biz də çalışıb 5 oyundan yaxşı nəticə əldə etmək istəyirik.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla