AZ

"Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa..."

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün mümkün tarixi ilə bağlı razılıq əldə olunduqda ictimaiyyətə açıqlanacaq”.

Bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosunun erməni seqmentinə açıqlamasına deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Qazaxıstanda baş tuta biləcəyini açıqlayıb:

“Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib.

Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər”.

Seçilən
40
31
Mənbələr
Şərh ()
Bağla