AZ

“Neftçi” yaxşı oynamır - Sabiq futbolçu

Bakı. Trend:

4-5 komandanın 2-ci yeri tutmaq şansı var. Gümüş medallardanəlavə, avrokuboklarda təmsil olmaqdan da söhbət gedir. Bu səbəbdəndə nəsə demək çətindir.

Trend xəbər verir ki, bunuİdman.biz-əveteran futbolçu Əfran İsmayılov deyib.

O, Azərbaycan Premyer Liqasında son turlarda komandalardangözləntilərini açıqlayıb: “Artıq marafon sona yaxınlaşır. Kimfiziki, psixoloji hazır olacaqsa, o da məqsədinə çatacaq. “Neftçi”hazırda taktiki və texniki baxımdan yaxşı futbol oynamır. Ammaoyunçularının fərdi keyfiyyətləri sayəsində bu yerlərdədir.“Ağ-qaralar” çempionatı 2-ci yerdə tamamlasa, bu onlar üçün uğursayıla bilər. Onlar ən azı Konfrans Liqasına getməsələr, bu böyükuğursuzluq olacaq. “Qarabağ” hər oyuna qələbə üçün çıxır.Çempionluğu təmin etsələr də, rahatlaşacaqlarını düşünmürəm.Hazırda formada olan komandalar “Zirə” ilə “Sumqayıt”dır. Çoxkeyfiyətli futbol oynayırlar. İkinci yer uğrunda mübarizə məhz bukomandalar arasında gedəcək”.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura startveriləcək. Açılış matçında “Sabah” “Səbail”i qəbul edəcək.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla