AZ

Şuşada mina partlayıb: ANAMA əməkdaşı xəsarət alıb

Bakı. Trend:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğuvə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verirki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Şuşarayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Trend-ə ANAMA-danməlumat verilib.

Məlumata görə, agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü QuliyevElçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozuqoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbiyardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub.Hal-hazırda vəziyyəti stabildir.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Seçilən
4
49
Mənbələr
Şərh ()
Bağla