AZ

“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”

Ölkə televiziyalarında yayımlanan sosial verilişlər cəmiyyətdə ən çox tənqid olunan məsələlərdən biridir. Demək olar ki, kim dindirilsə, belə efir proqramlarının televiziyalarda yer almamasını bildirir. Kəskin iradlardan sonra bu cür verilişlərin vaxtlarının azaldılması, yeni sezondan isə televiziya proqramında yer almaması barədə xəbərlər də yayımlanmağa başlayıb. 

Tanınmış yazıçı, şair, jurnalist Anar Vəziroğlu “Yeni Sabah”a açıqlamasında bu verilişlərə olan tənqidin yersiz olduğunundan gileylənib:

“Sosial verilişlərin bağlanılması üçün televiziyaların üstünə düşüblər. Biri də çıxıb demir ki, ay qardaş, ay məhşur, ay özündən deyən kişi, sən bir dənə layihə vermisən ki, deyəsən də bunu işləmədilər və özlərindən hoqqa çıxartmağa başladılar. Sənin də dilin uzun olsun. Hamı danışır. Bütün müxbirlər mikrofonu tuşlayırlar, ən məhşur xalq artistindən tutmuş xalq şairinə qədər... Mən də redaktor işləmişəm. İşlənən materialın üstündə yenidən redaktə aparmağa nə var? Heç kim yeni bir şey ərsəyə gətirmir. Ancaq deyirlər ki, fırıldaqdırlar, insanlardan pul yığırlar”. 

Ekspert insanların başını qatması üçün bu cür layihələrin vaxtının uzadılmasının lazım olduğunu da vurğulayıb:

“Çox qəribədir, həmin verilişlərin efir vaxtı qısalsın deyirlər. Mən deyərdim ki,  3 saat azdır, qoy 10 saat olsun. Niyə? Çünki o bəzi adamlar, küçədə onu-bunu güdür, baxır ki, görəsən, kim haradan kiminlə gəlir, nə iş görür. Onlar elə televizorun qabağında oturub bu verilişlərə baxsa daha yaxşıdır. Belələrinin bu işlərdən uzaqlaşması üçün başlarını qatmaq lazımdır. Bizim camaat da qınanılası adamlardır. Verilişləri izləmədiklərini deyib, tənqid etsələr də, yalan danışırlar. Başlayırlar ki, Zaur belə getdi, Xoşqədəm belə gəldi. Bütün bunları yalandan edirlər. Onlar düşmən adamlardır ki? Bizimkilərdir, azərbaycanlılarımızdır”. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
44
4
Mənbələr
Şərh ()
Bağla