AZ

Gənc taekvondoçularımız Prezident kubokunda

Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda gənc taekvondoçu qızlardan ibarət Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

İdman.biz xəbər verir ki, yığmanın baş məşqçiləri Məmməd Abdullayevlə Sun Mi Park yarışda Gülü Zamankı (42 kq), Xuraman Cavadzadə, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borji (46 kq), Seyidxanım Məmmədova (49 kq), Sehri Cəlalova (55 kq) və Bahar İbrahimovaya (63 kq) şans verəcək. Taekvondoçularımız aprelin 28-də dayanq üzərinə çıxacaqlar.

Prezident kubokunda ölkəmizi hakim kimi isə Gündüz Abdullayev təmsil edəcək.

Komanda səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, Prezident kubokunda yeniyetmələrin mübarizəsində milli komandamız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.

İdman.biz

Seçilən
37
5
Mənbələr
Şərh ()
Bağla