AZ

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Bakı, 27 aprel, AZƏRTAC

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Azərbaycanın tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi, əslən içərişəhərli Elçin Hami Axundov ilə “Azərbaycan animasiyasının inkişaf mərhələləri” mövzusunda Elçin Hami Axundov ilə.

AZƏRTAC xəbər verir ki, görüşdə Elçin Hami Axundov animasiyanı yaradarkən layihə üzərində iş, personajların yaradılması, materialların seçimi, kadrlama lövhəsinin yaradılması və cizgi filmlərdə səsləndirmə haqda danışıb.

Görüş iştirakçılarına cizgi filmlərini yaranma prosesi nümayiş etdirilib.

Tədbirdə Elçin Hami Axundovun “Məclis” (1988) və bədii rəhbərlik etdiyi “Cəsur təyyarə” (2009) filmləri izlənilib.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla