AZ

Kişi küsdüyü üçün arvadını bıçaqladı

Rusiyanın Samara vilayətində kişi arvadını onunla danışmaq istəmədiyi üçün bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tolyatti şəhərində baş verib. Həmin şəxsə qarşı cinayət işi mahiyyəti üzrə baxılması üçün Samara vilayəti məhkəməsinə verilib.

Regional İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs söhbət etmək üçün ondan küsən həyat yoldaşının iş yerinə gəlib. Qadın onunla ünsiyyətdən imtina edib. Bir anda kişi bıçağı çıxararaq ona iki zərbə endirib. Yoldan keçənlər onun qarşısını ala bilib və həkimləri çağırıblar. Qadın xilas edilib.

Zərərçəkmişin ərinə qarşı “Adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla