AZ

İranın Əfqanıstanla bir sərhədi bağlanıb

Bakı. Trend:

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətininMahirud sərhəd gömrüyü bağlanıb.

Trend-in məlumatına görə, bununla əlaqədar İranın GömrükAdministrasiyası məlumat yayıb.

Məlumata görə, Mahirud sərhəd xidmətinin elan etməsi ilə Mahirudsərhəd gömrüyündən yük maşınların keçidi dayandırılıb.

İran Gömrüyündən qeyd edilib ki, Mahirud sərhəd-gömrüyününtranzit yük maşınlarının keçidində böyük əhəmiyyət kəsb etdiyinəgörə, İran Xarici İşlər Nazirliyi və Cənubi Xorasan valiliyisərhədin yenidən fəaliyyətə başlamasına çalışırlar.

Qeyd edək ki, Əfqanıstan 25 apreldə 6 iranlı sərhədçininqanunsuz olaraq ölkəsinin ərazisinə keçməsini əsas gətirərək,sərhədçiləri həbs edib. Həmin gün bir neçə saatdan sonra iki tərəfarasında razılaşma əsasında iranlı sərhədçilər azad edilib.

Məqalədə:
Seçilən
15
2
Mənbələr
Şərh ()
Bağla