AZ

Laçının Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib (FOTO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələrarasında püşkatma keçirilib.

Trend xəbər verir ki,tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzuriqtisadi rayonuna daxil olan Laçın rayonunda AzərbaycanPrezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcraHakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranınnümayəndələri iştirak ediblər.

Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqətiməskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatdaolan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasındakeçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evəköçürüləcək.

Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçınrayonunun Sus kəndinə yola salınmasına başlanacaqdır.

Laçının
Laçının
Laçının
Laçının
Laçının
Laçının
Seçilən
4
36
Mənbələr
Şərh ()
Bağla