AZ

Ana 14 yaşlı qızını "gəlin" adı ilə 100 minə SATDI

Türkiyənin ATV telekanalında yayımlanan  "Esra Erol^da" verilişində 14 yaşlı qızın ailəsi tərəfindən satıldığı ortaya çıxıb. 

"Unikal" xəbər verir ki,  yeniyetmə qızın anası Songül efirə çıxaraq yardım istəyib. O, qızının əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia edib. 

Çox keçməyib ki,  həqiqət üzə çıxıb.  14 yaşlı qızın ailəsi onu başqa bir ailəyə gəlin adı ilə 100 min TL ( 5 220 AZN) qiymətinə satıb. 

Bu, Türkiyədə gündəm yaradıb. Canlı yayım zamanı İstanbul Təhlükəsizlik Uşaq Şöbə Müdirliyi qrupları studiyaya gəlib. B.İ.-nin anası Songül, onun satışına vasitəçilik edən Ali Öztürk və Cumanın dayısı Turqut efirdə saxlanılıb.

Övladlarını məktəbə göndərmək əvəzinə satan ailə və qalmaqala səbəb olan adlarla bağlı tədbir görülüb.

Seçilən
127
41
Mənbələr
Şərh ()
Bağla