AZ

Çin Şimal axını ilə bağlı beynəlxalq araşdırmaya çağırıb

Çin BMT-nin himayəsi altında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində törədilən təxribatla bağlı beynəlxalq araşdırmaya çağırıb. "Yeni Azərbaycan" "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin təşkilatdakı daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasında  bildirib.

“Biz bir daha həqiqəti üzə çıxarmaq və onu eşitdirmək üçün BMT-nin rəhbərlik etdiyi beynəlxalq təhqiqatın dərhal başlanmasına çağırırıq”, - deyə daimi nümayəndənin müavini deyib.

Qeyd edək ki, bundan əlavə, Qenq Şuanq vurğulayıb ki, bütün tərəflər birgə araşdırma aparmaq üçün Rusiya ilə fəal əməkdaşlıq etməlidirlər. Diplomat qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələdə ikili standartlardan çəkinməlidir.


Havar Şəfiyeva

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla