AZ

Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev 

"Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz".

 

Modern.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev bildirib.

 

O qeyd edib ki, özünü deputatlardan güclü hesab edir.

 

"Sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram", - müğənni deyib.

 

O, parlament seçkilərində namizəd olub-olmayacağı ilə bağlı suala belə cavab verib:

 

"Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur", - Faiq Ağayev "kult.az"a müsahibəsində bildirib.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla